SON XƏBƏRLƏR

HARLEY-DAVIDSON YENI NƏSİL SÜRÜCÜLƏRİNİ RUHLANDIRMAQ ÜÇÜN TƏMAMİLƏ YENİ PLATFORMANI TƏQDİM EDİR

26 avqust 2014

Street 750 yeni soyuducu sistemli inqilabi mühərrik , yeni staylinq

Oksford, BK (Mart 24, 2014) – Harley-Davidson® (NYSE: HOG) RUSMORE layihəsi ilə başlanan monumental yürüş trendi yeni Dark CustomTM motosikletləri ilə dünyanın hər yerindən olan gənc motosikletçiləri üçün yeni həyəcan gətirəcək.

The Harley-Davidson StreetTM 750 motosikletləri – 14 il ərzində təqdim olunan ilk və yeni platform şəhər mühiti üçün nəzərdə tutulub. Yeni soyuducu məhlul Revolution XTM transmissiyası, çevik manevrli, səs və görünüşülə hamıya bunun əsl Harley-Davidson olduğunu bir daha sübut edir.

Harley Davidson Motor Şirkətinin Baş Əməliyyat müdiri və Presidenti Matt Levatiç deyib ki, bu Dark Custom seriyasına daxil olan son motisikletdir. Bu model son beş ildə Amerikada yeniyetmələr arasında ən çox satılan brenddir. Yeni Street 750, modelinin hazırlanması dünyanın müxtəlif şəhərlərində yaşayan minlərlə gəncin göstərdiyi cəhdlər sayəsində mümkün olmuşdur. Bu səy nəticəsində motosikletin görünüşü və imkanları xeyli artmışdır. Cənab Levatiç belə qeyd edib ki, müştəri yönümlü olmağımız bizim uğurumuzun ən böyük inkişaf hissəsini təşkil edir,.

Şəhərli, özünə məxsusu Harley Davidson

Harley Davidson-un Street 750 modeli şəhər mühiti üçün nəzərdə tutulub. Modelin yeni Revolution X mühərriki, hərəkətdə olan zaman çevik manevri, dayan-sür rejiminə uyğunlaşdırılıb. Bununla belə bu model şəhər tıxacından tez qurtulmaq üçünn mükəmməl bir minik vasitəsidir.

Revolution X mühərriki yeni, dar və ensiz küçələrdə, super-aşağı endirilmiş oturacaqla, yeni suspensiya və geniş əl tutacaqları ilə təmin edilmişdir. Bütün bunlar,yüksək manevrlilikdə sizə əlavə güc və inam verəcək. Bu Dark Custom motosikllərinin premium imzası olmaqla yanaşı sürücülər üçün yürüşdən həzz almağa şərait yaradır.

Harley-Davidson Street 750 modeli Avropa şəhərlərinin sürücülərinin üzləşdiyi çətinliklərə sinə gərmək üçündür. Bu model özündə çevik manevrliliyi, unikal Dark Custom stilini, anında enerji dəstək sistemini cəmləşdirir. Harley-Davidson Avropanın İctimaiyyətlə Əlaqələr üzrə rəhbəri Mətyu Not deyib ki, bu model sizə böyük şəhərlərdə tıxacdan qaçmağa, avtomobil, avtobus və taksilərdən qaçmağa, mənzil başına daha təhlükəsiz çatmağa imkan yaradır. Harley-Davidson-un bu son modeli məhz şəhər mühitində yürüyən sürücülər üçün ideal variantdır.

Əvvəlki səhifəyə qayıtmaq